az
en
Bu gün: 19 Sentyabr 2019
Muzey əməkdaşı sənədli filmdə çıxış edib
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin şöbə müdiri, t.ü.f.d. Səbuhi Əhmədov CBC TV kanalında göstərilən rusdilli filmdə iştirak edib. O, “Azərbaycan Rusiya tarixində: sərkərdənin taleyi” adlı sənədli serial çərçivəsində hazırlanmış “Həyat xəritəsi” adlı filmdə çıxış edib. S.Əhmədov Azərbaycanın ilk peşəkar hərbi topoqraflarından biri, AXC-nin ilk hərbi attaşesi, 30-cu illərdə respublikada hərbi topoqrafiya və geodeziyanın əsasını qoymuş görkəmli polkovnik Məmməd bəy Əliyev haqqında geniş məlumat verib. Filmdə hərbçimizin həyatı, keçdiyi döyüş yolu, AXC dövründəki fəaliyyəti, 20-30-cu illərdəki elm və təhsil sahəsindəki uğurları, 1937-ci ilin repressiyaları, 40-60-cı illərdəki səmərəli işləri işıqlandırılıb. Filmlə bu ünvanda tanış olmaq olar: http://cbc.az/ru/show/63
Elanlar