az
en
Bu gün: 23 Oktyabr 2019
Muzey əməkdaşları Çində keçirilən seminarda iştirak ediblər
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Elmi Fond işləri üzrə direktor müavini t.ü.f.d., dos. Məhfuzə Zeynalova və Xarici əlaqələr və elmi-kütləvi iş şöbəsinin müdiri Emin Dadaşov Çin Xalq Respublikasının Sian şəhərində keçirilən seminarda iştirak ediblər. “Bir Kəmər və Bir Yol Mədəni İrs Qlobal Alyansı (Belt and Road Cultural Heritage Global Alliance)”nın inaqurasiyası və eyni adlı alyansın 1-ci seminarı 10-13 may 2019-cu il tarixlərində keçirilib. Şimal-Qərb Politexnik Universitetin (Northwestern Polytechnical University) təşkilatçılığı ilə keçirilən beynəlxalq tədbirdə 14 ölkədən 54 nümayəndə, Muzey, Universitet və elm mərkəzləri iştirak edib. Alyansın inaqurasiya mərasimində ŞPU-nun vitse-prezidenti HE. Guoqiang və Muzeyin direktor müavini M.Zeynalova “Bir Kəmər və Bir Yol Mədəni İrs Qlobal Alyansı”nın Bəyannaməsini tədbir iştirakçılarının diqqətinə çatdırdılar. Alyansın məqsədi mədəni irsin tədqiqi, onun mühafizəsi sahəsində yüksək texnologiyaların tətbiqi və mədəniyyətlərarası əlaqələrə yardım etməkdir. Tədbir çərçivəsində dünya muzeylərinin və elm mərkəzlərinin nümayəndələri ilə qarşılıqlı əməkdaşlıq istiqamətində fikir mübadiləsi aparılıb, birgə layihələr müzakirə olunub.
Elanlar