az
en
Bu gün: 18 Avqust 2019
Sara xanım Tağıyevanın 120 illiyinə həsr olunmuş xatirə tədbiri keçiriləcək
2019-cu il mayın 21-də saat 14-00-da AMEA Milli Azərbaycan Tarixi Muzeyində görkəmli xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin qızı Sara xanım Tağıyevanın (1899-1991) anadan olmasının 120 illiyinə həsr olunmuş xatirə tədbiri keçiriləcək. S.Tağıyeva ömrünün böyük hissəsini totalitar rejim dövründə adı qadağa altında olan H.Z.Tağıyevin xeyriyyəçilik əməllərinin, onun Azərbaycan tarixindəki rolunun tanıdılmasına həsr etmişdir. Muzeyin fondlarında Sara xanıma aid zəngin sənədlər qorunur. 2016-cı ildə onun arxivinin böyük hissəsi ailəsi tərəfindən Milli Azərbaycan Tarixi Muzeyinə hədiyyə olunmuşdur.
Elanlar