az
en
Bu gün: 18 Avqust 2019
Muzey əməkdaşının mühazirəsi keçirilib
189-190 №-li tam orta məktəbdə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin mütəxəssisi Qafarlı Qənirənin mühazirəsi keçirilib. “Geyim mədəniyyətimizin tarixi” adlı mühazirədə 8a və 8b sinif şagirdlərinə xalqımızın geyim mədəniyyəti haqqında ətraflı məlumat verilib, şəkillərdən ibarət slayd nümayiş olunub. Şagirdlərin əvvəlki biliyi, təcrübəsi və yeni biliklər arasında əlaqə yaratmağa imkan verən, mövzu, problem barədə düşüncələrini təmin etmək üçün BİBÖ (nəyi bilirik, nəyi bilmək istəyirik, nəyi öyrəndik və nəyi öyrənməliyik) cədvəli hazırlanıb. Sonda, Muzeyin nəfis tərtibatı nəşrləri məktəb rəhbərliyinə və kitabxanasına hədiyyə edilib. 189-190 №-li tam orta məktəbin direktoru Ceyran Kuliyeva bu kimi tədbirlərin böyük əhəmiyyət kəsb etdiyini, muzey-məktəb əlaqələrinin intensivliyinin vətənpərvər nəslin böyüməsində mühüm rol oynadığını qeyd edib, Muzey əməkdaşına öz təşəkkürünü bildirib. Muhazirənin sonunda Muzeyin meneceri Kubra Dadaşova ilə məktəbin müdiriyyəti arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.
Elanlar