az
en
Bu gün: 17 Sentyabr 2019
Muzey əməkdaşı mühazirə ilə çıxış edib
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Zümrüd İsmayılova Bakı Modern Təhsil Kompleksində mühazirə ilə çıxış edib. ”Milli mənəvi dəyərlərin qorunmasında muzeylərin rolu” mövzusunda oxunan mühazirədə məktəblilərə milli-mənəvi dəyərlərimizi daima yaşatmaq və qorumaq tövsiyə edilib. Həmçinin Muzey eksponatlarını nümayiş etdirən slayd təqdim olunub. Sonda məktəbin kitabxanasına Muzeyin nəfis tərtibatlı nəşrləri hədiyyə edilib.
Elanlar