az
en
Bu gün: 18 Sentyabr 2019
Muzeyin arxeoloji incisi
Azərbaycanın orta əsr şəhər yerlərindən aşkar olunmuş saxsı məmulatının müəyyən hissəsini sferokonus qablar təşkil edir. Bu qablar bütün müsəlman dünyasında geniş yayılmışdır. Milli Azərbaycan Tarixi Muzeyində də sferokonus qabların böyük kolleksiyası mövcuddur. Muzeyin Arxeologiya fondunda müxtəlif formalara və bədii tərtibatlara malik olan həmin kolleksiya nümunələri arasında 1955-ci ildə Beyləqandan tapılmış sferokonus qab xüsusilə diqqəti cəlb edir. Qabın ağiz hissəsi yastı yarımkürə şəklində olub gövdəyə birləşib və mərkəzdən aşağı hissə isə gözcük şəkilli naxışlarla örtülüb. Bəzi mütəxəssislər bu qabların çıraq kimi, bəziləri civə, neft, ətriyyat daşınmasında, digərləri isə hərb işində istifadə olunduğunu iddia etmişlər. Sferokonusların şərab saxlanılması üçün istifadə olunduğu fikri də mövcuddur. Hətta bu qablarda zəmzəm suyunun daşınması haqqında da mülahizələr var. Lakin daha bu qablardan civənin saxlanmasında və daşınmasında istifadə olunduğu ehtimal olunur. Xaqani Şirvaninin kiçik bir şeirində deyildiyi kimi: “Nəfəsim dəmirçinin ocağı qədər istidir, civə qabının boğazındakı kimi ürəyimə yaxındır”. Sferokonus qab Azərbaycanın orta əsrlər dövründəki dulusçularının bədii saxsı məmulatının hazırlanması üzrə peşə bacarıqlarının səviyyəsi, eləcə də bədii zövqü haqqında dolğun təsəvvür yaradır.
Elanlar