az
en
Bu gün: 18 Sentyabr 2019
Muzeyin etnoqrafik inciləri bərpa edilib
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya fondunda təxminən XI-XII əsrə aid latundan hazırlanmış çıraqaltı və XIX-XX əsrin əvvəlinə aid misdən hazırlanmış hamam sandığı mühafizə olunur. Eksponatlar bərpaya möhtac olduğundan Muzeyin Bərpa laboratoriyasına göndərilmişdir. Bərpaçı-rəssam Əjdər Qafarov tərəfindən korroziyaya uğramış hissələri kimyəvi üsul ilə təmizlənib və üst qatına qoruyucu maddə çəkilib. Bərpa olunan materiallar fonda təhvil verilib. Eksponatlar XIX-XX əsrlər milli etnoqrafiyamızın tədqiq və təbliği baxımından əhəmiyyətlidir.
Elanlar