az
en
Bu gün: 17 Sentyabr 2019
Milli Azərbaycan Tarixi Muzeyi tərəfindən elan edilmiş müsabiqənin nəticələri açıqlanıb
AMEA Milli Azərbaycan Tarixi Muzeyində vakant vəzifələri tutmaq üçün 2019-cu il mayın 24-də keçirilmiş müsabiqənin nəticələri açıqlanmışdır. Elmi Şuranın iclasında keçirilən səsvermənin nəticələrinə əsasən, Qasımov Aslan Allahşükür oğlu 100 % səs toplayaraq Arxeologiya elmi fond şöbəsinin kiçik elmi işçisi; Qəniyeva Fatma Məhərrəm qızı 61,5 % səs toplayaraq Etnoqrafiya elmi fond şöbəsinin kiçik elmi içşisi; Kərimova Afət Arif qızı 100 % səs toplayaraq Neqativ fondunun müdiri; Rəhimova Esmira Fəzail qızı 100 % səs toplayaraq Sənədli mənbələr fondunun müdiri; Yusifova Nardanə İsrafil qızı 100 % səs toplayaraq Təsviri materiallar fondunun müdiri; Məmmədov Emin Vaqif oğlu 84,6 % səs toplayaraq Arxeologiya elmi fond şöbəsinin elmi işçisi; Qasımova İradə Mənsim qızı 61,5 % səs toplayaraq Kitabxana müdiri; Mövsümov Şəfa Kamran oğlu 69,2 % səs toplayaraq Numizmatika elmi fond şöbəsinin elmi işçisi vəzifələrinin tutmaq hüququnu əldə etdilər.
Elanlar