az
en
Bu gün: 18 Sentyabr 2019
Muzey əməkdaşı müsahibə verib
AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin baş mütəxəssisi, tarix üzrə fəlsəfə doktoru Əli Fərhadov AZƏRTAC-a müsahibə verib. Qeyd edilib ki, Azərbaycan xalqı bütün dövrlərdə tolerantlıq mədəniyyətini və multikultural dəyərləri özündə əks etdirib və yaşadıb. Bakıda keçirilmiş “Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” şüarı altında V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu bu baxımdan əhəmiyyətli bir hadisədir. Prezident İlham Əliyevin Forumun açılış mərasimində söylədiyi fikirlərin ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq qurmaq üçün dünyaya ciddi mesaj olduğu müsahibədə vurğulanıb. Həmçinin bildirilib ki, dini və etnik icmalar arasındakı dostluq və qardaşlıq əlaqələri, dövlətimizin bu sahədəki siyasəti, ölkəmizin ali və orta məktəblərində, elm və mədəniyyət ocaqlarında geniş təbliğ olunur. AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində multikulturalizm, islam həmrəyliyi, tolerantlıq mövzularında müxtəlif seminarlar, dəyirmi masalar təşkil olunur. Tədbirlərə mütəmadi olaraq Azərbaycanın ali və orta məktəblərinin müəllim, tələbə və şagirdləri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin, dini və etnik icmaların üzvləri dəvət olunurlar. Azərbaycanın multikultural dəyərləri, tolerantlıq mədəniyyəti daim öyrənilir, bu istiqamətdə beynəlxalq və respublika konfranslarında məruzələr dinlənilir, elmi əsərlər yazılır. Əli Fərhadov vurğulayıb ki, dövlətimiz tərəfindən həyata keçirilən multikulturalizm siyasəti və bu istiqamətdə təşkil edilən Ümumdünya Mədəniyyətlərarası Dialoq forumları bizi daim Azərbaycan mədəniyyətini, sülh və tolerantlıq siyasətini tədqiq və təbliğ etməyə yönəldir. Müsahibə ilə bu ünvanda tanış olmaq olar: https://azertag.az/xeber/Azerbaycanin_multikultural_deyerleri_tolerantliq_medeniyyeti_daim_oyrenilir-1286868?fbclid=IwAR01sLBkGt5BnicYMjbAz0tohl2-AQxpoQCJHTd0Ipr9ogBMpKp7SmOPd2k
Elanlar