az
en
Bu gün: 17 Sentyabr 2019
Muzey əməkdaşı beynəlxalq tədbirdə iştirak edib
AMEA Qafqazşünaslıq İnstitutunun təşkilatçılığı ilə Bakıda Qafqazşünasların II Beynəlxalq Forumu keçirilib. Forumda AMEA Milli Azərbaycan Tarixi Muzeyinin kiçik elmi işçisi Fatma Qəniyeva “Qafqaz mədəniyyətində Azərbaycan qonaqpərvərliyinin yeri və rolu” adlı məruzə ilə çıxış edib. Məruzədə tarixən Azərbaycan xalqına xas olan qonaqpərvərlik adətlərinin formalaşması və bu prosesdə yaranan yeni xüsusiyyətlərin öyrənilməsi vurğulanıb. Məruzədə həmçinin Azərbaycan qonaqpərvərliyinin keçmiş və müasir dövrlə müqayisəli təhlili verilib. Sonda məruzəçilərə sertifikatlar təqdim edilib.
Elanlar