az
en
Bu gün: 18 Sentyabr 2019
Muzeyin etnoqrafik incisi: qəndqabı
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya fondunda xalqımızın məişətinə daxil olmuş Avropa istehsallı tarixi əşyalar da mühafizə olunur. Bu əşyalar estetik gözəlliyi, yüksək keyfiyyəti ilə diqqəti cəlb edir. Belə əşyalardan biri də 1973-cü ildə Muzeyə alınmış XX əsrin əvvəlinə aid qəndqabıdır. Hündürlüyü 14,5 sm. olan oval formalı qab, ağ metaldan hazırlanaraq üzərinə göy mina çəkilib. Ətrafına nəbati və həndəsi zolaqlı naxışlar həkk edilmiş, qulpu, ayaqları və tutacağı fiqurludur. Qabın alt hissəsindəki möhürdə “Fraget N plaque” sözləri və 2805 rəqəmləri həkk olunub. Bu dəyərli qab, fransız əsilli Alfons və İosif Fraje qardaşlarının 1824-cü ildə Polşanın Varşava şəhərində yaratdıqları firmanın məhsuludur. Eksponat XX əsrin əvvəli Azərbaycan - Avropa əlaqələrini tədqiq etmək baxımından əhəmiyyətlidir.
Elanlar