az
en
Bu gün: 14 Oktyabr 2019
Muzeyin nadir kitab incisi
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin kitabxanasının Nadir kitablar fondunda görkəmli Azərbaycan mütəfəkkiri Əhməd Ağaoğlunun “Üç mədəniyyət” kitabı mühafizə edilir. Əsər əski əlifba ilədir. 1927-ci ildə Türk ocaqları mətbəəsində nəşr olunub. Əsərdə dünya sivilizasiyasının beşiyi olan Şərqin tənəzzülünün səbəbləri araşdırılır. Kitab görkəmli Azərbaycan şərqşünası, tarixçi, arxeoloq, t.e.n. Əjdər Ələsgərzadənin (1895-1964) şəxsi arxivindən olub, onun qızı, Muzeyin Numizmatika fondunun mühafizi Zümrüd Ələsgərova tərəfindən hədiyyə edilmişdir. Kitab Ə.Ağaoğlu irsinin tədqiqi və təbliği baxımından əhəmiyyətlidir.
Elanlar