az
en
Bu gün: 19 Oktyabr 2019
Muzey əməkdaşları AMEA Mərkəzi Elmi Kitabxanasında keçirilən məşğələdə iştirak ediblər
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları - Mülki Müdafıə üzrə qərargah rəisi, t.ü.f.d. Rasim Sultanov, sanitar manqanın komandiri, t.ü.f.d. Sevinc Vahabova, Nərmin Bağırova, Gülnar Əliyeva, Xəyalə Kərimova AMEA Mərkəzi Elmi Kitabxanasında keçirilən seminar məşğələdə iştirak ediblər. Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının Tibb Xidmətinin rəisi, polkovnik Elçin Əliqulov tərəfindən keçirilən məşğələdə şəxsi heyətin komplektləşdirilməsi, səhiyyə məntəqəsinin tibb ləvazimatları ilə təchizatı haqqında geniş məlumat verilib. Həmçinin zədə ocaqlarında davranış qaydalarından bəhs olunub. Məruzə slaydlarla müşayiət olunub.
Elanlar