az
en
Bu gün: 18 Sentyabr 2019
Muzey əməkdaşları təlimdə iştirak edib
13 iyun 2019-cu il tarixində AMEA-nın Əsas binasının kiçik konfrans zalında Clarivate Analytics şirkətinin elmi informasiya resursları üzrə eksperti Varvara Sosedova tərəfindən Milli Azərbaycan Tarixi Muzeyi üçün Web of Science elmi analitik bazası və əlaqədar alətlərlə (EndNote, Journal Citation Report və ResearcherİD) işləmək bacarığını öyrətmək məqsədi daşıyan təlim keçirilib. Təlim rus dilində və slaydların müşayiəti ilə aparılıb. Muzeyin Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri və elmi işçiləri təlimdə iştirak edib. İştirakçıların sualları təlimçi Varvara Sosedova tərəfindən cavablandırılıb.
Elanlar