az
en
Bu gün: 19 Sentyabr 2019
Muzey əməkdaşları beynəlxalq simpoziumda iştirak ediblər
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya elmi-fond şöbəsinin əməkdaşları – fond müdiri Sevinc Nəsirova, elmi işçi Aygün Quliyeva və kiçik elmi işçi Fatma Qəniyeva 13-15 iyun tarixində Niğde Ömer Halisdemir Universiteti, Qazaxıstan Qızlar Pedaqoji Universiteti, Bakı Avrasiya Universitetinin təşkilatçılığı ilə Bakı Avrasiya Universitetində keçirilən VI Beynəlxalq Türk Dünyası Araşdırmaları Simpoziumunda iştirak ediblər. Sevinc Nəsirova “Azərbaycan xalçalarında “ox” və “and” damğasının mifoloji əsasları”, Aygün Quliyeva "Türk xalqlarında gəlincik sənətinə dair”, Fatma Qəniyeva “Türk xalqlarının mədəniyyətində qonaqpərvərliyin öyrənilməsinə dair” adlı məruzələr ilə çıxış ediblər. Məruzələrdə müxtəlif bölgələrdə yaşayan türkdilli xalqların etnoqrafiyası, adət-ənənələri, mədəniyyətləri təhlil olunub. Simpoziumun sonunda iştirakçılara sertifikatlar təqdim olunub və simpozium materialları nəşr olunub (VI Beynəlxalq Türk Dünyası Araşdırmaları Simpoziumu. 13-15 iyun 2019/Bakı, 2019. 2 Cild, 441 səh.).
Elanlar