az
en
Bu gün: 18 Sentyabr 2019
Muzeydə “Şəki: irsimizi yaşadan ulu diyar” adlı sərgi keçiriləcək
2019-cu il 28 iyun tarixində, saat 12:00-da AMEA Milli Azərbaycan Tarixi Muzeyində “Şəki: irsimizi yaşadan ulu diyar” adlı sərgi açılacaq. Sərgidə yalnız Muzeyin fondlarında qorunan materiallardan ibarət eksponatlar nümayiş olunacaq. Burada 350 eksponat və bundan əlavə iki sikkə dəfinəsi (474 sikkə) sərgilənəcək. Sərgidə muzeyin fondlarında qorunan unikal materialların əksəriyyəti ilk dəfə nümayiş olunacaq.
Elanlar