az
en
Bu gün: 18 Sentyabr 2019
26 iyun - Azərbaycan Milli Ordusunun yarandığı gündür
26 iyun tariximizin əlamətdar səhifələrindən biri - Azərbaycan Milli Ordusunun yarandığı gündür. 1918-ci il iyun ayının 26-da Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Milli Ordunun yaradılması barədə qərar qəbul etmişdir. Bu hadisə Azərbaycan xalqının milli dövlətçilik və milli özünütəsdiq tarixinin ən önəmli mərhələlərindən biri idi. Məhz güclü, nizami ordu 1918-ci il may ayının 28-də elan edilmiş istiqlalın bütün ölkə ərazisində qələbə çalmasını təmin etdi, ölkənin sərhədlərini qoruya bildi. General Səməd bəy Mehmandarov hərbi nazir, general Əliağa Şıxlinski hərbi nazirin müavini, general Süleyman bəy Sulkeviç isə baş qərargah rəisi təyin olunmuşdu. 1919-cu il milli ordu quruculuğunda həlledici mərhələ olmuşdu. 1920-ci ilin 27 aprel tarixində XI Qızıl Ordunun hücumu ilə Bakıda milli hökumət süqut etmişdi. Azərbaycan istiqlaliyyətinin məhvi ilə Milli Ordunun mövcudluğuna da son qoyulmuşdu. Milli Ordunun ləğvindən sonra generalların əksəriyyəti bolşeviklər tərəfindən güllələnmiş və ya repressiyaya məruz qalmışdı. Ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərliyə qayıdandan sonra ölkədə gerçək ordu quruculuğuna başlanmışdı. Azərbaycan Respublikası Prezidentinin 22 may 1998-ci il tarixli Fərmanına əsasən Milli Ordunun yarandığı gün - 26 iyun tarixi Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü kimi elan edilmişdir. Hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir.
Elanlar