az
en
Bu gün: 13 Noyabr 2019
Muzeydə Elmi Şuranın növbəti iclası keçirilib
AMEA Milli Azərbaycan Tarixi Muzeyində Elmi Şuranın növbəti iclası keçirilib. Gündəlikdə olan məsələlər təqdim edilib. Muzeyin direktoru, akademik Nailə Vəlixanlı təqdim edilən mövzularla bağlı tövsiyələrini diqqətə çatdırıb, qeyd edib ki, Muzeyin əməkdaşları tarix elmi qarşısında duran, tədqiqinə ehtiyac duyulan prioritet problemlərin və mövzuların müəyyənləşdirilməsinə, qarşıdan gələn Muzeyin 100 illiyinə hazırlıq istiqamətdə elmi ekspozisyanın təkmilləşdirilməsinə, elmi işlərin yazılmasına, kataloqların hazırlanmasına diqqəti artırmalıdırlar. Həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamlarının, AMEA Rəyasət Heyətinin tapşırıqlarının yerinə yetirilməsinə xüsusi diqqət göstərilməlidir. Sonra 2019-cu ilin I yarımilliyinin hesabatı dinlənilib və görülən işlər məqbul sayılıb. İclasda Ekspozisiyanın təhlükəsizliyi üzrə direktor müavini, t.ü.f.d., dosent Həbibə Əliyevanın “Metal üzərində epiqrafik yazılar” monoqrafiyasının və “Numizmatika və epiqrafika” elmi-fond şöbəsinin böyük elmi işçisi, t.ü.f.d. Aygün Məmmədovanın “VIII-IX əsrlərdə Azərbaycanda sikkə zərbi və pul dövriyyəsi” monoqrafiyasının nəşrə təsdiq olunması məsələlərinə baxlılıb və Elmi Şura tərəfindən adı çəkilən monoqrafiyaların nəşr olunması qərarı verilib. Həmçinin Muzeyin yeni yaradılan Beynəlxalq əlaqələr şöbəsinin müdiri vəzifəsinə Muzeyin əməkdaşı Emin Dadaşov təsdiq edilib. Sonra akademik Nailə Vəlixanlının yenidən Muzey direktorluğuna namizədliyi məsələsi müzakirə edilib. Elmi Şura yekdilliklə akademik Nailə Vəlixanlını AMEA Milli Azərbaycan Tarixi Muzeyinin direktorluğuna namizədliyini irəli sürüb. İclasda digər cari məsələlərə də baxılıb.
Elanlar