az
en
Bu gün: 13 Noyabr 2019
Muzey əməkdaşı Bilkent Universitetində layihədə iştirak edib
27 may-27 iyun 2019-cu il tarixlərində AMEA Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Emin Dadaşov Türkiyə Respublikasının Ankara şəhərində yerləşən Bilkent Universitetində ezamiyyətdə olub. E.Dadaşov Avropa Komissiyasının Horizon 2020 Maria Skladovska Küri Proqramı tərəfindən maliyyələşdirilən “Biliyin mübadiləsi və akademik mədəniyyətlər humanitar elmlərdə, Avropa və Qara dəniz bölgəsi” layihəsi çərçivəsində iştirak edib. Layihə çərçivəsində Muzeyin əməkdaşı E.Dadaşov tərəfindən “XX əsrin əvvəllərində Qara və Xəzər dənizi bölgələrində sosial həyat xarici fotoqrafların obyektivində” mövzusu araşdırılmışdır. Ezamiyyətl dövründə layihə iştirakçısı Bilkent Universitetinin müasir təchizata və zəngin ədəbiyyata malik kitabxanalarında elmi araşdırma aparmış və çoxlu faktiki materiallar toplamışdır. Həmçinin, Bilkent Universitetinin Siyasi elmlər və dövlət idarəçiliyi kafedrasının dosenti Dr. Ioannis N. Grigoriadis ilə elmi mübadilə xarakterli görüşlərdə iştirak etmiş, layihə çərçivəsində elmi tədqiqat mövzuları ilə əlaqədar araşdırmalar aparmış, öz elmi tədqiqatları ilə bağlı yeni nəşrlərlə tanış olmuş və Avropa alimlərinin iş metodikası ilə maraqlanmışdır. Qeyd olunan layihədə 12 ölkə (Avstriya, Yunanıstan, Rumıniya, Makedoniya, Bolqarıstan, Türkiyə, Rusiya, Ukrayna, Moldova, Azərbaycan, Gürcüstan və Ermənistan) təmsil olunub. Layihənin ümumi koordinatoru Avstriyanın Karl və Frans adına Qrats Universitetinin (Karl-Franzens-Universität Graz) Cənub-Şərqi Avropa Tarixi və Antropologiyası kafedrasının müdiri, professor Karl Kayzerdir. Layihə 2017-ci ilin yanvar ayından başlayıb 4 il müddətində davam edəcəkdir.
Elanlar