az
en
Bu gün: 13 Noyabr 2019
Muzeydə Bakı xanlığının bayrağı qorunur
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Silahlar və Bayraqlar fondunda Azərbaycan xanlıqlarının bayraqlarından ibarət çox unikal kolleksiya saxlanılır. Bunların içində Bakı xanlığına məxsus bayraq da var. Bu bayrağın (inv. 455) dördkünc qumaşı dörd parça açıq moruğu və bir parça açıq xaradan əl ilə tikilmişdir. Bayrağın üzərində nəbati naxışlar, ornamentlər, güllər, ayparalar var. Üzərində ərəbcə “Ya Məhəmməd, möminləri müjdələ”, “Allahdan kömək və yaxın qələbə” və “Allah kömək edəndir və Allah qoruyandır” sözləri yazılıb. Qeyd edək ki, 1806-ci il oktyabrın 3-də general Bulqakovun komandanlıq etdiyi rus qoşunları Bakıya hücum etmiş və Bakı xanı Hüseynqulu xan xanlığın bayrağını, qalanın açarlarını Bulqakova göndərmiş, özü isə İrana qaçmışdı. Beləliklə, Bakı Rusiya İmperiyası tərəfindən işğal edilmişdi. Hal-hazırda Muzeyin Silahlar və Bayraqlar fondunda qorunan Bakı xanlığının bayrağı 1924-cü ildə Qafqaz Hərbi Tarix Muzeyindən alınmışdır.
Elanlar