az
en
Bu gün: 18 Sentyabr 2019
Muzeyin arxeoloji incisi
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Arxeologiya fondunda 2015-ci ildə orta əsr Şəmkir şəhər yerindən tapılmış daş piydan qorunur. X-XI əsrlərə aid eksponat ağ rəngli əhəngdaşından yonularaq hazırlanmışdır. Qayıqvari formaya malikdir. Novçanı xatırladan iki ədəd fitil yeri var. Onların üzərində qara his, yanıq izləri qalıb. Qulpun üzərində, fitil qoyulan yerlərin arasında qırmızı rənglə xətlər çəkilmişdir. Sağ və sol tərəflərində isə qırmızı rənglə həyat ağacına bənzər təsvir var. Eksponatın sınıq yerləri sonradan bərpa edilib. Piydan 2016-cı ildə Muzeyə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, Orta əsr Şəmkir Arxeoloji ekpedisiyasının rəhbəri, t.ü.e.d. Tarix Dostiyev tərəfindən təhvil verilmişdir.
Elanlar