az
en
Bu gün: 18 Sentyabr 2019
Muzeydə “Səfa” məktəbinin fotoşəkli qorunur
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli Mənbələr fondunda “Səfa” mədəni-maarif cəmiyyətinin “Səfa” məktəbinin fotoşəkli mühafizə olunur (inv. 1/1). Şəkil 1914-cü ildə məktəbin iki illiyinin qeyd olunması tədbirində çəkilmişdir və məktəbin müəllim - şagird heyəti yer alır. Şəkildə ərəbcə “Elm hər bir müsəlman kişi və qadına fərzdir” sözü yer alır. “Səfa “məktəbi 1912-ci ildə Cəfər Bünyadzadənin rəhbərliyi ilə fəaliyyətə başlamışdı. Cəmiyyətin xəzinədarı Kərbəlayi Əlibala Zərbəliyev öz vəsaiti hesabına bu məktəb binasını tikdirmişdi. Məktəbin müəllimləri arasında Hüseyn Cavid və Seyid Hüseyn də var idi.
Elanlar