az
en
Bu gün: 23 Sentyabr 2019
Koreyalı qonaqlar Milli Azərbaycan Tarixi Muzeyində olublar
Bu gün Koreya Respublikasının Conqıb İncəsənət Muzeyinin direktoru, prof. Hung Li, Kim seung-Bim və Yu Jin-seob Milli Azərbaycan Tarixi Muzeyində olublar. Muzeyin direktoru, akademik Nailə Vəlixanlı qonaqlara muzeyin yaranma tarixindən və fəaliyyəti barədə məlumat verib. Bildirib ki, muzey 1920-ci ildən Azərbaycan Dövlət Muzeyi adı ilə tanınmış xeyriyyəçi, neft maqnatı H.Z.Tağıyevin ev mülkündə fəaliyyətə başlayıb. 2020-ci ildə muzey 100 illiyini təntənəli şəkildə qeyd edəcək. N.Vəlixanlı qeyd edib ki, muzey xarici ölkə muzeyləri ilə sıx əməkdaşlıq edir, muzeylərarası səyyar sərgilər təşkil edilir. Danışıqlar zamanı koreyali qonaqlarla gələcəkdə sərgilərin keçirilməsi məsələləri də müzakirə olunub. Sonra qonaqlar muzeydə yeni fəaliyyətə başlayan “Şəki: irsimizi yaşadan ulu diyar” adlı sərgi ilə tanış olublar. Koreyalı qonaqlar Nailə xanıma minnətdarlıqlarını bildirib ona Koreya milli aksesuarı olan yelpik hədiyyə ediblər. Muzey rəhbərliyi də öz növbəsində qonaqlara muzeyin nəfis tərtibatlı nəşrlərini təqdim ediblər.
Elanlar