az
en
Bu gün: 13 Noyabr 2019
Muzeyin arxeoloji inciləri – zoomorf qablar
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Arxeologiya fonduna bu il üç zoomorf qab qəbul edilib. Onların e.ə. IV-III əsrlərə aid at, öküz və qaban formalı olduğu güman edilir. Qablar 2012-ci ildə Lerik rayonu, Kürdəsər kəndi, Pibostəpə abidəsindən tapılıb. Muzeyə həmin materialları Lerik, Kürdəsər - Pibostəpə arxeoloji ekspedisiyasının rəhbəri, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, t.ü.f.d. Ceyhun Eminli təqdim edib. Bu materiallar antik Azərbaycan arxeologiyasının tədqiqi baxımından əhəmiyyətlidir.
Elanlar