az
en
Bu gün: 22 Iyul 2019
Muzeydə Qədir Rüstəmova məxsus qaval qorunur
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Hədiyyələr və xatirə əşyaları fondunda qaval (inv.5597) mühafizə olunur. Membranı dəridəndir. Sağanağı taxtadan, ətrafına qara dəri lent çəkilib. Sədəfdən bəzəyi var. İç tərəfdən 62 düyməciyi və halqası var. Kənarındakı sədəflərin arasında yerləşən 3 ədəd rombvari bəzək düşüb. Qaval xüsusi qutuda yerləşdirilib. Qutunun üstü açıq qəhvəyi rəngli dəridən, içərisi qırmızı məxmərdəndir. Dəmirdən detalları və cəftəsi var. Üzərində arfa təsvir edilmişdir. Qaval görkəmli xanəndə Xan Şuşinski tərəfindən Azərbaycan Respublikasının xalq artisti, xanəndə Qədir Rüstəmova hədiyyə edilmişdir. Qaval 2013-cü ildə Qədir Rüstəmovun həyat yoldaşı Azadi Fatimə tərəfindən Muzeyə hədiyyə olunmuşdur.
Elanlar