az
en
Bu gün: 19 Sentyabr 2019
Muzeydə Mir Möhsün Nəvvaba aid şəxsi əşyalar qorunur
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya fondunda XIX əsr Azərbaycanın Şuşa şəhərində yaşayıb-yaratmış şair, rəssam, astronom, ədəbiyyatşünas, nəqqaş, tarixçi, xəttat və musiqişünas alim Mir Möhsün Nəvvaba aid şəxsi əşyalar da yer alır. Ədibin ailə üzvlərinə məxsus tikmələr, geyim və təsbehlər, məişət əşyaları 1987-ci ildə Muzeyin kolleksiyasına daxil olmuşdur. Bu əşyalar arasında dini ayinlərdə istifadə olunmuş ələm (inv.8683) diqqəti cəlb edir. Metaldan kəsilmiş ələmin üzərində sadə həndəsi xətlərlə işarələr həkk olunmuşdur. Güman ki, ələmin mərkəzindəki işarələrlə ərəb yazısı və IV xəlifə Əlinin “Zülfüqar” qılıncının təsviri də həkk olunmuşdur.
Elanlar