az
en
Bu gün: 14 Noyabr 2019
Muzey əməkdaşları beynəlxalq simpoziumda iştirak edirlər
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin (MATM) əməkdaşları “İSLAM SİVİLİZASİYASI QAFQAZDA” II Beynəlxalq Simpoziumunda (11-12 iyul 2019-cu il Bakı şəhəri) iştirak edirlər. Muzeyin Elmi işlər üzrə direktor müavini, t.ü.e.d., dos. Nərgiz Əliyeva, Elmi-kütləvi iş və təhsil şöbəsinin böyük elmi işçisi, t.ü.f.d. Əli Fərhadov, “Numizmatika və epiqrafika” elmi-fond şöbəsinin böyük elmi işçisi, t.ü.f.d. Aygün Məmmədova, Arxeologiya fondunun müdiri, t.ü.f.d. Aida İsmayılova, Etnoqrafiya elmi-fond şöbəsinin böyük elmi işçisi, t.ü.f.d. Tural Şiriyev, Təsviri materiallar fondunun müdiri, mem.ü.f.d., dos. Nardanə Yusifova simpoziumda iştirak ediblər. Dos. N.Əliyeva “Orta əsrlər azərbaycanlı müdərrislərin yetişməsində yerli və İslam dünyasının digər elm xadimlərinin rolu”; t.ü.f.d. Ə.Fərhadov “Təsəvvüf tariximizdə tolerantlıq və multikultural dəyərlər”; t.ü.f.d. A.Məmmədova “İslam numizmatikasının inciləri – Sacilər dövrünə aid Azərbaycan sikkələri”; t.ü.f.d. A.İsmayılova “Azərbaycanda İslam dövrü keramikası”; t.ü.f.d. T.Şiriyev “Azərbaycanın XVIII - XX əsrin əvvəllərinə aid maddi-mədəni irsində inanc sistemi (MATM-nin materialları əsasında)”; dos. N.Yusifova “İslami naxışlara elmi-məntiqi yanaşmada fəza təfəkkürünün rolu” mövzularında məruzə ilə çıxış ediblər. Sonda iştirakçılara sertifikatlar təqdim edilib. “İSLAM SİVİLİZASİYASI QAFQAZDA” II Beynəlxalq Simpoziumunun Materialları (Tezislər)” (Baş redaktor: i.ü.f.d. Ceyhun Məmmədov; Bakı, 2019, 541 s.) nəşr olunub. Simpoziumun məruzələri də çap olunacaq. Simpozium Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Azərbaycan İlahiyyat İnstitutu, İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzi (IRCICA) və AMEA Akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun birgə təşkilatçılığı ilə keçirilir. Simpoziumun keçirilməsində məqsəd İslam sivilizasiyasının Qafqazda yayılması tarixini tədqiq etmək və ölkəmizin multikultural mühitini tədqiq və təbliğ etməkdir.
Elanlar