az
en
Bu gün: 11 Dekabr 2019
Muzeydə Bakı xanlarının sarayının qalıqlarını əks etdirən neqativ inci qorunur
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Neqativ fondunda sonuncu Bakı xanlarının sarayının qalıqlarını əks etdirən neqativ (inv. № 707) mühafizə olunur. Neqativ təxminən XX əsrin əvvəlinə aiddir. 1940-cı ildə Muzeyə qəbul olunub. Qeyd edək ki, Şamaxı qapısından (indiki Qoşa Qala qapısı) daxil olanda sol tərəfdə XVIII əsrin memarlıq abidəsi – Bakı xanlarının sarayının qalıqları yerləşir. Bu kompleks 1747-ci ildən 1806-cı ildə Rusiya işğalına qədər Bakıda hökmranlıq etmiş Bakı xanlarının yaşayış yeri olmuşdur.
Elanlar