az
en
Bu gün: 19 Oktyabr 2019
Muzey əməkdaşı Vikipediyaçıların III Yay düşərgəsində iştirak edib
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika və epiqrafika elmi-fond şöbəsinin elmi işçisi Şəfa Mövsümov 13 - 14 iyul 2019-cu il tarixində “Vikipediyaçıların Yay düşərgəsi”ndə iştirak edib. Tədbir Sumqayıt Texnologiyalar Parkı və “Azərbaycan Vikimediya Könüllüləri” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Şamaxıda keçirilib. İştirakçılar Şamaxı Tarix Muzeyi, Dəmirçi nekropolu, Şeyx Xəndan türbəsi, Yeddi Gümbəz kompleksi, M.Ə.Sabirin məzarı, Şamaxı Cümə məscidi və Pirqulu qəsəbəsində olub, çəkdikləri fotoşəkil və topladıqları məlumatları vikipediyaya yükləyiblər. Maraqlı təlim və diskussiya şəraitində keçən tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.
Elanlar