az
en
Bu gün: 19 Oktyabr 2019
Muzeydə rəssam Əli Səttar Molla Məhəmmədcəfər oğluna məxsus albom mühafizə olunur
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli mənbələr fondunda rəssam Əli Səttarın müəllifi olduğu “Azərbaycanın arxeoloji abidələri“ adlı rus dilində albom (inv. № 301) qorunur. Akvarellə (sulu boya) işlənmiş 43 (ayrı- ayrı vərəqlərdə çəkilmişdir) tablodan ibarət olub, Azərbaycanın maddi-mədəniyyət abidələrinə həsr olunmuşdur. Hər tablo öz annotasiyası və ölçüləri ilə tamamlanır. Albomda arxeloji qazıntılar zamanı aşkar olunmuş təsərrüfat qabları, bəzəklər, habelə ibtidai qəbir yerləri, silahlar təsvir edilmişdir. Albom 25 sentyabr 1972-ci il tarixində müəllifin özü tərəfindən Muzeyə hədiyyə edilmişdir.
Elanlar