az
en
Bu gün: 22 Noyabr 2019
Muzeyə yeni arxeoloji materiallar qəbul olunub
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Arxeologiya fonduna yeni materiallar daxil olub. Bunlar – 2017-2018-ci illərdə Şəmkirdən tapılmış saxsı qablar və Əhəməni sarayından tapılmış Pasarqad tipli sütun altlığıdır. Şəmkir-Qaracəmirli arxeoloji ekspedisiyasının rəhbəri, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, t.ü.f.d. Emil İsgəndərov tərəfindən Muzeyə verilib. Muzeyə materialların cəlb olunması Muzeyin direktoru, akademik Nailə Vəlixanlının təşəbbüsü ilə baş tutub. Arxeologiya elmi-fond şöbəsinin müdiri, t.ü.f.d. Nasir Quluzadə Şəmkirə ezam olunub və materiallar Muzeyə gətirilib. Materiallar e.ə. VI-IV əsrlərə aiddir. Muzeyin Arxeologiya fonduna daxil olan bu materiallar arxeologiya tariximizin tədqiqi baxımından əhəmiyyətlidir.
Elanlar