az
en
Bu gün: 14 Dekabr 2019
Akademik Nailə Vəlixanlı "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif olunub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il 27 may tarixli 1205 nömrəli Sərəncamına əsasən, AMEA Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif olunub. Yubiley medalı və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzası ilə verilən yubiley medalının vəsiqəsi (№ I-828) AMEA Rəyasət Heyətinin 17.07.2019-cu il tarixli iclasında akademik Nailə Vəlixanlıya təqdim edilib. Muzey kollektivi adından Nailə xanımı təbrik edir, gələcək elmi fəaliyyətində və şəxsi həyatında uğurlar arzulayırıq.
Elanlar