az
en
Bu gün: 18 Avqust 2019
Muzeydə Səməd Vurğuna məxsus daş külqabı qorunur
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Hədiyyələr və xatirə əşyaları fondunda xalq şairi Səməd Vurğuna məxsus daş külqabı mühafizə olunur. Taxta oturacaq üstündə olub, ona bərkidilmiş metal lövhəcik üzərində latın əlifbası ilə “Samed Vurqun Yosif oqlı Vekilov” yazılmışdır. Səməd Vurğun 1947-ci ildə Azərbaycan nümayəndə heyətinin tərkibində Londonda olarkən bu daş külqabı ona hədiyyə edilmişdir. Hədiyyə şairin qızı Aybəniz Vəkilova tərəfindən 1968-ci ildə Muzeyə təqdim edilmişdir.
Elanlar