az
en
Bu gün: 19 Oktyabr 2019
Muzey əməkdaşı lCOM-un təlimində iştirak edib
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya fondunun müdiri Sevinc Nəsirova 17-20 iyul tarixlərində Gürcüstanın paytaxtı Tiflis şəhərində təlimdə iştirak edib. ICOM-un təşkilatçılığı ilə keçirilmiş təlim “Safeguarding cultural heritage in times of crisis” ("Böhran zamanı mədəni irsin qorunması") mövzusunda olub. Təlim zamanı nəzəri və təcrübi fəaliyyətlər yerinə yetirilib. Təbii fəlakət və ya müharibə zamanı muzeylərdə mühafizə olunan mədəni irs nümunələrinin qorunması və xilası mövzusunda məşqlər həyata keçirilib. Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.
Elanlar