az
en
Bu gün: 22 Noyabr 2019
Muzeyin arxeoloji incisi – Uşaq oyuncağı
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Arxeologiya fondunda tarixi uşaq oyuncağı: şax-şaxı (AF 24347) qorunur. 1950-ci ildə arxeoloq S.M.Qazıyev tərəfindən Mingəçevirdən tapılmış bu oyuncaq əl ilə səliqəli hazırlanıb. Bişirildikdən sonra gili açıq narıncı rəng almışdı. Bikonik gövdəli qrafin formasındadır. İçərisi boş olub, içinə kiçik daş qoyulub, yapma düyməciklərlə bəzədilib. Qalan səthi saya və hamardır. Yuxarı hissəsi heyvan başı ilə tamamlanır. Qulaq çıxıntıları və qulpu sınıb. Qulpu sonradan gipslə bərpa edilib. Oturacağı dairəvi olub, ortası içəriyə doğru çökəkdir, hündürlüyü-7,4 sm; gövdənin diametri-5,7 sm; oturacağın diametri-3,5 sm-dir. Dövrü IV-VIII əsrlərə aid edilir. Fondda qorunan bu oyuncaq dövrün arxeoloji tədqiqi baxımından maraqlıdır.
Elanlar