az
en
Bu gün: 22 Noyabr 2019
Muzey əməkdaşlarının məruzələri nəşr edilib
26-27 avqust 2019-cu il tarixində Türkiyə Respublikasının Adıyaman şəhərinin Gölbaşı rayonunda keçirilən Xoca Əhməd Yəsəvi Beynəlxalq Elmi Araşdırmalar Konqresinin məruzələr toplusu (“Kongre Tam Metin Kitabı”, Hoca Ahmet Yesevi Uluslararası Bilimsel Araştırmalar Kongresi, Adıyaman, İksad, 2019, 1185 s.) nəşr olunmuşdur. Konqresdə iştirak edən AMEA Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları – Muzeyin Elmi işlər üzrə direktor müavini, t.ü.e.d. Nərgiz Əliyevanın “Şeyh əs-Silefinin “Mucem es-sefer” eserinde Azerbaycan kültürüne bakış” (s.198-201), böyük elmi işçi, t.ü.f.d. Əli Fərhadovun “Azerbaycanda dinler: Bahailik örneği” (s.192-197) adlı məruzələri nəşr olunmuşdur. Məruzəsi nəşr olunan əməkdaşlarımızı təbrik edir, gələcək elmi fəaliyyətlərində uğurlar arzulayırıq.
Elanlar