az
en
Bu gün: 12 Noyabr 2019
Numizmatika elminə dəyərli töhfə
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin “Numizmatika və epiqrafika” elmi-fond şöbəsinin müdiri, t.ü.e.d., professor Əli Rəcəblinin müəllifi olduğu “Qaraqoyunlu və Ağqoyunlu sikkələri” kataloqu nəşr edilmişdir (Bakı: 2019, 118 s.). Kataloq Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika fondunda qorunan və Azərbaycan Respublikası ərazisində tapılmış sikkələr əsasında hazırlanmışdır. Kataloqa Qaraqoyunlu hakimləri – Pirbutaq (1410-1418), Yusif (1406 - 1420), İsgəndər (1420-1437), Cahanşah (1437 - 1467) və Ağqoyunlu hakimləri – Osman (1378 - 1435), Həsən (1453-1478), Xəlil (1477 - 1478), Yaqub (1478 - 1490), Baysunğur (1490 - 1491), Rüstəm (1491-1496), Əhməd (1496 - 1497), Məhəmməd (1497 - 1499), Əlvənd (1497 - 1504), Murad (1499 - 1508), Qasım (1497 - 1502) dövründə Şamaxı, Bakı, Ərdəbil, Mahmudabad, Hillə, Bağdad, Huşni, Ərzincan, Lar, Amid, Van, Sari zərbxanalarında istehsal edilmiş gümüş təngələr daxil edilmiş, uyğun dövrün tarixi şəraiti və pul təsərrüfatı barədə məlumat verilmişdir. Muzeyin Elmu Şurasının qərarı ilə çap olunmuş bu əsər tarixçilər və Azərbaycan numizmatikası ilə maraqlananlar üçün nəzərdə tutulmuşdur.
Elanlar