az
en
Bu gün: 18 Sentyabr 2019
Muzeydə Səttar xana həsr olunmuş xalça qorunur
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya fondunda İran və Cənubi Azərbaycanda baş vermiş Məşrutə inqilabının rəhbəri Səttar xana həsr olunmuş xalça mühafizə olunur. Yelən haşiyəsi gözəl nəbati naxışlarla toxunmuş yun xalçanın ara sahəsində əli tüfəngli Səttar xan, yanında Hüseyn bəy Topçunun və Məmməd bəy Topçunun portretləri toxunmuş, fiqurların başı üstündəki medalyonlarda “Sərdari-milli külli Azərbaycan”, digərində “əməli Abdulla” və “hicri 1326” (m.1908) sözləri toxunub. Xalçanın ölçüsü 176x125 sm-dir. Xalça 1977-ci ildə muzeyə təhvil verilib.
Elanlar