az
en
Bu gün: 12 Noyabr 2019
AMEA Milli Azərbaycan Tarixi Muzeyi aşağıdakı vəzifələri tutmaq üçün müsabiqə elan edir:
Elmi-kütləvi iş və təhsil şöbəsinin müdiri – 1 ş.v. Bərpa laboratoriyasının müdiri – 1 ş.v. Arxeologiya elmi fond şöbəsinin aparıcı elmi işçisi – 1 ş.v. Bərpa laboratoriyasının bərpaçı-rəssamı (tekstil, dəri üzrə) – 1 ş.v. Elmi maarifləndirmə və ekskursiyalar şöbəsinin ekskursiyaçısı (rus dilində) – 1 ş.v. Müsabiqədə iştirak etmək istəyən iddiaçılar aşağıdakı sənədləri təqdim etməlidir: - şəxsiyyət vəsiqəsinin surəti; - kadrların şəxsi uçot vərəqi; - tərcümeyi-hal; - əmək kitabçasının müvafiq qaydada təsdiq olunmuş surəti; - magistratura və ona bərabər tutulan ali təhsil haqqında sənədin müvafiq qaydada təsdiq olunmuş surəti; - elmi dərəcə, elmi ad və elmi rütbə haqqında sənədlərin surətləri (aparıcı elmi işçi vəzifəsinə iddiaçılar üçün mütləqdir); - elmi nailiyyətlərinə görə dövlət və beynəlxalq elmi təşkilatlar tərəfindən verilən fəxri ad və titullar haqqında məlumat; - yerinə yetirilmiş elmi tədqiqat və təcrübi-axtarış işləri, həmçinin elmi və elmi texniki layihə, müsabiqə, qrant və proqramlarda iştirak haqqında məlumat; - müəlliflik hüququ və ya patent ilə qorunan əqli mülkiyyət obyektlərinin qeydiyyatı haqqında şəhadətnamələrin surətləri; - çap olunmuş elmi əsərlərin, xüsusi təsir göstəricisinə (İmpakt faktoruna) malik olan və istinad indeksli elmi jurnallarda nəşr olunan elmi məqalələrin surətləri (üz səhifəsi və mündəricatla bir yerdə); - fəaliyyət göstərdiyi elm sahəsi üzrə yüksək elmi nüfuzu olan mütəxəssis rəyi; - elmi jurnalların redaksiya heyətlərində üzvlük haqqında məlumat. Sənədlər elan dərc edilən gündən 1 ay müddətində AMEA Milli Azərbaycan Tarixi Muzeyində qəbul olunur (iş günləri ərzində, saat 11.00-dan 13.00-dək). Ünvan: Bakı şəh., H.Z.Tağıyev küçəsi,4. Məsul şəxs: Fərhad Rafiq oğlu Cabbarov – elmi katib. Əlaqə telefonu: (012) 598-17-39. E-poçt ünvanı: farhadcabbarov@mail.ru
Elanlar