az
en
Bu gün: 18 Sentyabr 2019
Muzeydə Azərbaycan Dövlət Türk Bədaye Teatrına aid kitabça qorunur
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Hədiyyələr və xatirə əşyaları fondunda rus dilində “Azərbaycan Dövlət Türk Bədaye Teatrının SSRİ-yə qastrol səfəri” (İnv. 3046; Bakı, 1930, 48 s.) kitabçası mühafizə olunur. Kitabçada müxtəlif artistlərin şəkilləri, ayrı-ayrı dram əsərləri haqqında mətn və səhnələrdən fotoşəkillər vardır. Kitabça Azərbaycan SSR Xalq artisti, rejissor və aktyor A.A.Tuqanova məxsus olub, onun kolleksiyasına aiddir. Kitabçanın birinci səhifəsində SSRİ MİK-nin sədri Q.Musabəyovun “İnqilab və türk teatrı” mövzusunda giriş məqaləsi verilmişdir. Qalan səhifələrdə teatr xadimlərinin fotoşəkilləri, teatr tamaşalarından səhnələr və onlar haqqında Azərbaycan və rus dillərində kiçik izahedici mətnlər verilmişdir.
Elanlar