az
en
Bu gün: 18 Sentyabr 2019
Muzeydə görkəmli neftçi Akif Cəfərovun materialları mühafizə olunur
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli mənbələr fondunda tanınmış neftçi, istehsalatçı və alim Akif Cəfərovun (1930-1992) materialları (İnv.658) qorunur. 1955-ci ildə Azərbaycan Dövlət Universitetinin geologiya-coğrafiya fakültəsini bitirən A.Cəfərov artıq “Gürganneft” trestinin briqada başçısı kimi 1959-cu il mayın 1-də 60 min ton neftin çıxarılmasına nail olmuşdu. SSRİ Ali Soveti Rəyasət Heyətinin 23 may 1960-cı il tarixli fərmanı ilə A.Cəfərova Sosialist Əməyi Qəhrəmanı fəxri adı verilmişdir. O, 1984-cü ildən ömrünün sonunadək “Azneft” İstehsalat Birliyinin baş direktoru vəzifəsində çalışmışdı. Bir neçə elmi əsərin müəllifi olan Akif Cəfərov qazı ayıran qurğunun ixtiraçısı kimi patent almışdır. Fondda mühafizə edilən materiallar arasında onun həyat və və fəaliyyətinə dair fotoşəkillər, istehsalat jurnalı, aldığı mükafatların sənədlərinin surətləri və xüsusi olaraq qələmindən çıxmış “Möcüzələr adasında” (Bakı, 1964) kitabı maraq doğurur. Muzeydə qorunan bu materiallar Azərbaycan SSR-nin neft tarixinin tədqiqi baxımından əhəmiyyətlidir.
Elanlar