az
en
Bu gün: 23 Oktyabr 2019
Muzey əməkdaşları beynəlxalq simpoziumda iştirak ediblər
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin (MATM) bir qrup əməkdaşı 13-14 sentyabr 2019-cu il tarixində Quba Soyqırımı Memorial Kompleksində keçirilən simpoziumda iştirak ediblər. “Tarixi yerlər və abidələr” I Beynəlxalq Quba Simpoziumunda muzeyin əməkdaşları – kiçik elmi işçi Zülfiyyə Cəlilova “İrəvan memarlıq abidələri və onların acı taleyi”; elmi işçi Şəfa Mövsümov “Ağcabədi rayonunda tarixi yerlər və abidələr”; elmi işçi Aygün Quliyeva “MATM-də Qubanın tarixi abidələrinə dair materiallar (Etnoqrafiya fondunun materialları əsasında)” adlı məruzələrlə çıxış ediblər. Sonda məruzəçilərə sertifikatlar təqdim olunub və iştirakçılar Quba Soyqırımı Memorial Kompleksində eksponatlarla yaxından tanış olublar.
Elanlar