az
en
Bu gün: 23 Oktyabr 2019
Muzey əməkdaşı beynəlxalq tədbirlərdə iştirak edib
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Ekspozisiyanın təhlükəsizliyi üzrə direktor müavini, dosent Həbibə Əliyeva Türkiyənin Bitlis şəhərinin Ahlat rayonunda və Rumıniyanın Köstəncə şəhərində keçirilən beynəlxalq tədbirlərdə iştirak edib. Dosent H.Əliyeva 22-25 avqust 2019-cu il tarixində Ahlat Beynəlxalq Türk Məzar Daşları Simpoziumunda “Azərbaycandakı epitafiyalarda Səlcuqlu sənətinin izləri” adlı məruzə ilə çıxış edib. Milli Azərbaycan Tarix Muzeyinin nəfis tərtibatlı nəşrlərindən ibarət kitabları Bitlis valisi Oktay Çağataya hədiyyə edib. Sonda iştirakçılar Ahlat tarixi məzarlığını və türbələri ziyarət ediblər. Məruzəçilərə təşəkkürnamələr, konfrans materialları və Ahlat mədəniyyətinə aid hədiyyələr təqdim olunub. Dosent H.Əliyeva 3-8 sentyabr 2019-cu il tarixində isə Köstəncədə keçirilən “XIII Beynəlxalq Türk Mədəniyyəti, Sənəti və Mədəni Mirası Qoruma Simpoziumu/Sənət Ənənələri “Türkiyə-Rumıniya Əlaqələri” adlı beynəlxalq konfransda bölmə moderatoru kimi iştirak edib. Həmçinin "Şirvanın memarlıq məktəbinin mədəni mirası və müqəddəs əmanətləri“ adlı məruzə ilə çıxış edib. H.Əliyeva konfransın açlışıında iştirak edən Türkiyənin Rumıniyadakı səfiri Sulhi Turana, Ovidius Universitetinin Rektoru Prof. Dr. Sorun Ruqinaya Milli Azərbaycan Tarix Muzeyinin nəfis tərtibatlı nəşrlərindən ibarət kitablar hədiyyə edib. Sonda iştirakçılara yazılı təşəkkürnamə və Rumıniya mədəniyyətinə aid hədiyyələr təqdim olunub. Həmçinin Buxarestdəki Qazi Mustafa Kamal Atatürk büstü, I Dünya müharibəsində bu torpaqlarda şəhid düşən türk əsgərlərinin məzarlığı, Osmanlı hakimiyyəti illərində inşa olunan Məcidiyyə, Hunkar və Kral məscidi, Arxeologiya və Etnoqrafiya muzeyləri və Qara kilsə ziyarət edilib.
Elanlar