az
en
Bu gün: 23 Oktyabr 2019
Muzeydə akademik Mirəsədulla Mirqasımova məxsus yazı dəstgahı qorunur
Muzeyin Hədiyyələr və xatirə əşyaları fondunda Azərbaycan SSR EA-nın ilk prezidenti, cərrah Mirəsədulla Mirqasımova məxsus yazı dəstgahı (İnv. № 2696) mühafizə olunur. Alimin oğlu, heykəltəraş Mirəli Mirqasımov tərəfindən 1968-ci ildə muzeyə hədiyyə edilmişdir. Yazı dəstgahı. 6 hissədən ibarətdir: 1) Bozumtul rəngdə mərmər lövhə. 4 metal ayaqcıq üstündədir. Ön hissəsində qələm qoymaq üçün yer var; 2) Bəzəkli metal qapaqlı şüşə mürəkkəbqabı – 2 ədəd; 3) Bəzəkli tutacağı olan metal şamdan – 2 ədəd; 4) Pero təmizləyən. 2 qulplu kiçik vaza formasında. İçərisində fırça vardır; 5) Külqabı, sarı metaldandır. Kişi fiqurunun arxasına külqabını əvəz edən zənbilə oxşar əşya bərkidilmişdir. Qeyd edək ki, M.Mirqasımov Azərbaycanda müasir tibb təhsilinin və elminin banilərindən biri olub, tibbi cərrahiyyə elmi məktəbinin təşkilatçısıdır. 1945-ci ildə Azərbaycan SSR EA-nın ilk akademiklərindən biri və EA-nın ilk prezidenti seçilmişdir. O, cərrahlıq sahəsində Azərbaycan dilində yazılmış ilk dərsliyin müəllifidir. Azərbaycanın əməkdar elm xadimidir. 6 monoqrafiya və dərsliyi, 50 elmi əsəri nəşr olunmuşdur.
Elanlar