az
en
Bu gün: 23 Oktyabr 2019
Muzey əməkdaşı beynəlxalq simpoziumda iştirak edib
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Təsviri materiallar fondunun müdiri, dosent Nardanə Yusifova Türkiyənin Nevşehir şəhərində 9-11 sentyabr 2019-cu il tarixində keçirilən beynəlxalq simpoziumda iştirak edib. O, "I Beynəlxalq Təsəvvüf Araşdırmaları: Nəsimi-650" adlı simpozimda “Nəsimi yaradıcılığına riyazi-məntiqi yanaşma” adlı məruzə ilə çıxış edib. Məruzəçi muzeyin fond materialları əsasında slaydlardan da istifadə edib. Tədbir İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr edilib və Azərbaycan Respublikası Təhsil Cəmiyyətinin təşəbbüsü ilə, Nevşehir Hacı Bektaş Vəli Universiteti və Azərbaycan Universiteti ilə birlikdə təşkil edilib. N.Yusifova Hacıbektaş Muzeyində də olub və muzeyin müdiri Ayşe Bedir Akhanla görüşərək, gələcəkdə muzeylərarası əlaqənin yaranması mövzusunda müzakirələr aparıb.
Elanlar