az
en
Bu gün: 22 Noyabr 2019
Muzeydə M.Maqomayevə məxsus dirijor çubuğu qorunur
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Hədiyyələr və xatirə əşyaları fondunda görkəmli bəstəkar, dirijor Müslüm Maqomayevin dirijor çubuğu (İnv. №1095) mühafizə olunur. Çubuğun hər iki ucuna üzərində “M.Maqomayev” yazılmış metal lövhə bərkidilmişdir. Əşya, içərisi bənövşəyi məxmərlə örtülmüş qara qutuya yerləşdirilmişdir. Qutunun üzərindəki metal monoqramda rus dilində “Əziz Muslüm Maqometoviçə müəllim dostlarından. 31.03.1930-cu il.” yazılmışdır. M.Maqomayevin “Şah İsmayıl”, “Nərgiz” operaları və s. əsərləri var. Onun nəvəsi Müslüm Maqomayevin “Mənim məhəbbətim musiqidir” adlı kitabında babası haqqında xatirələr yer alır. Azərbaycan Dövlət Filarmoniyası Müslüm Maqomayevin adını daşıyır.
Elanlar