az
en
Bu gün: 22 Noyabr 2019
Akademik Nailə Vəlixanlı Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasına həqiqi üzv seçilib
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı Türkiyənin Ankara şəhərində fəaliyyət göstərən Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü (akademik) seçilib və beynəlxalq “Qızıl Ulduz” medalı ilə təltif edilib. Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan təmsilçisi, prof. Elçin İsgəndərzadə muzeyi ziyarət edib və akademik Nailə Vəlixanlı ilə görüşüb. Azərbaycanda elmin inkişafındakı xidmətlərinə görə Nailə xanımın akademik elmi adına layiq görüldüyünü bildirib. Beynəlxalq “Qızıl Ulduz” medalı və akademiyaya üzvlük diplomu prof. E.İsgəndərzadə tərəfindən akademik Nailə Vəlixanlıya təqdim edilib. Nailə xanımı Muzey kollektivi adından təbrik edir, uğurlarının davamını arzulayırıq.
Elanlar