az
en
Bu gün: 22 Noyabr 2019
Muzeyin neqativ incisi – Rac Kapur Bakıda
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Neqativ Fondunda hindistanlı qonaqların Bakıya səfərini əks etdirən neqativ (inv. № 5906) qorunur. SSRİ Mədəniyyət Nazirliyinin dəvəti ilə SSRİ-də olan Hindistan kino incəsənətinin xadimlərindən ibarət nümayəndə heyəti 1956-ci il noyabrın 3-də Bakıya da gəlmiş, burada Hindistan kinofilmlərindən mahnılar ifa etmişdilər. 1956-cı ildə çəkilən nadir foto məşhur aktyor Rac Kapur və əfsanəvi aktrisa Nərgiz Kapurun Bakıya səfərini özündə əks etdirir. Qeyd edək ki, Rac Kapurun yaxın dostu olmuş Rəşid Behbudov Azərbaycan musiqisini Hindistanda, hind musiqisini isə Azərbaycanda tanıtmışdı. Hindistanlı nümayəndələrin Bakıya səfərini əks etdirən neqativ 1956-cı ildə Muzeyə təhvil verilmişdir.
Elanlar