az
en
Bu gün: 22 Noyabr 2019
Akademik Nailə Vəlixanlı muzeyə direktor vəzifəsinə təsdiq olunub
Sentyabrın 25-də AMEA Rəyasət Heyətinin iclası keçirilib. Əvvəlcə AMEA-nın prezidenti, akademik Akif Əlizadə tərəfindən “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalları, AMEA-nın Xatirə nişanı və AMEA-nın professoru diplomları təqdim olunub. Sonra AMEA-nın prezidenti, akademik Akif Əlizadə gündəlikdəki məsələlərlə bağlı məlumat verib, cari məsələlərə baxılıb. Həmçinin, AMEA-nın elmi tədqiqat müəssisələrinin direktoru vəzifəsinə keçirilmiş seçkilərin nəticələri təsdiqlənib. AMEA Rəyasət Heyətinin qərarı ilə akademik Nailə Vəlixanlı Milli Azərbaycan Tarixi Muzeyinin direktoru vəzifəsinə təsdiq edilib. Nailə xanımı təbrik edir, uğurlarının davamını arzulayırıq.
Elanlar