az
en
Bu gün: 22 Noyabr 2019
YAP Səbail rayonu “Azərbaycan tarixçiləri” ilk ərazi təşkilatının növbəti iclası keçirilib
AMEA Milli Azərbaycan Tarixi Muzeyində YAP Səbail rayonu “Azərbaycan tarixçiləri” ilk ərazi təşkilatının növbəti iclası keçirilib. İclası açan təşkilatın sədri Pərvanə Əzimova gündəlikdə duran məsələlər haqqında məlumat verib. Təşkilat üzvlərinin sosial şəbəkələrdə fəallığının artırılmasının vacibliyini qeyd edib. Həmçinin 27 sentyabr tarixində təşkilatın muzeyin Elmi-kütləvi şöbəsi ilə birlikdə “Nəsimi ideyaları günümüzün işığında” adlı seminar keçirəcəyini bildirib. Daha sonra çıxış edən t.ü.f.d. Əli Fərhadov seminarın dövlət başçısının müvafiq Sərəncamına uyğun olaraq keçiriləcəyini deyib. Seminarın proqramı haqqında məlumat verib, təşkilat üzvlərinin seminarda aktiv iştirak etməsinin vacibliyini vurğulayıb. Sonda cari məsələlər müzakirə edilib.
Elanlar